TDT Baş katibi İlham Əliyevə təbrik ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən olan Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə siyasi və sosial-iqtisadi inkişaf yolunda böyük uğurlar qazanmaqda və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirməkdədir.

Bu yaxınlarda Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü zamanı Sizinlə görüşümü böyük məmnuniyyətlə xatırlayıram. Türk dövlətlərinin birliyinə verdiyiniz əvəzsiz töhfə Türk dünyasına olan rəğbətinizin göstəricisidir. Fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatına göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR