Salyanda avtomobil aşıb - Xəsarət alanlar var

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Abışova Gülşən Davud qızı, 1988-ci il təvəllüdlü Abışova Xanım Yusif qızı, 2010-cu il təvəllüdlü Abışzadə Eşqin Emil oğlu və 1988-ci il təvəllüdlü Abışov Emil Həsrətddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR