"Açıq geyinən ifaçıyam, milli deyiləm, çox müasirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli "MTV Azərbaycan"da yayımlanan "Gün işiığında" proqramının qonağı olub.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, sənətçi verdiyi açıqlama ilə gündəm yaradıb. O, səhnə və efir geyimi məsələsinə diqqət çəkib.

Bəzi həmkarlarını qınaq atəşinə tutan Roza bunları deyib:

"Son günlərdə 10-15 efirdə qonaq oldum. Mən də açıq-saçıq geyinən ifaçıyam. Milli deyiləm, çox müasir biriyəm. Ancaq səhər efirinə bikini geyinib, şou göstərə bilmərəm. Geyimlərim ilə məşğul olan komandam var. Səhər və gecə efirinə ayrı, səhnəyə ayrı geyimlər seçirik. Bu, insanın daxili tərbiyəsindən asılıdır, statusundan yox.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR