Mourinyonun davranışı oyuna damğa vurdu - VİDEO

İtaliya A seriyasının 17-ci turu çərçivəsində keçirilən “Roma” - “ Napoli” oyunu zamanı gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, “Roma”nın qələbə qazandığı oyunda qələbədən çox baş məşqçi Joze Mourinyonun davranışları gündəm olub. Joze Mourinyo rəqib komandanın futbolçuları Xviça Kvaratsxeliya və Viktor Osimhenlə mübahisə edib. “Napoli”də Matteo Politano 66-cı dəqiqədə, Viktor Osimhen isə 86-cı dəqiqədə qırmızı vərəqə alıb. Qeyd edək ki, “Roma” 76-cı dəqiqədə Lorenzo Pelleqrininin, 96-cı dəqiqədə isə Romelu Lukakunun qolları ilə “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR