Sabah bu rayonlarda qaz kəsiləcək - RƏSMİ

Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mebuat.az xəbər verir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR