Bu şəxslər 1500 AZN cərimə olunacaqlar

Avtobus dayanacaqlarında "işçi axtarılır", "kirayə ev", "torpaq satılır" və bu kimi elanlara tez-tez rast gəlinir. Dayanacaqlarda reklam yapışdırmaq üçün müəyyən hissələr ayrılıb və bunun üçün ödəniş etmək tələb olunur.

Metbuat.az xəbər verir ki, lakin ödəniş etmək boyun qaçıran şəxslər istədikləri elanı çap edərək onu dayanacaqlara necə gəldi yapşdırırlar.

Üst-üstə yapışdırlan bu kimi elanlar sonda dayanacaqlarda acınacaqlı görüntü yaradır.

Bu şəxslər xəbərsizdir ki, belə hallar üçün qanunda cərimələr nəzərdə tutulub. Açıq məkanda reklam haqqında qanunun tələblərinin pozulmasına görə, fiziki şəxslər 300-500 AZN, vəzifəli şəxslər isə 1500-2500 AZN, hüquqi şəxslər isə 5 min-10 min AZN cərimə olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR