Gizli evlənən azərbaycanlı müğənni boşandı - FOTO

Müğənni Nahidə Babaşlı həyat yoldaşı Serkan Küçükcyelandan ayrılıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, Nahidə ilə Türkiyə vətəndaşı olan Küçükceylan boşanma qərarı alıb.

Cütlük 10 dəqiqə davam edən məhkəmədə 2 illik evliliklərini bitiriblər. Nahidə Küçükceylandan hansısa təzminat, ya da aliment istəməyib.

Xatırladaq ki, Nahidə pandemiya dövründə gizli evlənmişdi. Onlar toy etməmiş, sadəcə nikah bağlamışdılar. Sənətçi evliliyini gizli saxlayırdı. Həyat yoldaşı Nahidəylə fotolarını yaysa da, müğənni heç bir paylaşım etmirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR