ATV telekanalı 23 yaşını qeyd edir

Bu gün Azad Azərbaycan telekanalının (ATV) yaranmasından 23 il ötür.

Metbuat.az xəbər verir ki, kanal ilk dəfə 2000-ci il dekabrın 25-də fəaliyyətə başlayıb.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci il mayın 13-də dövlət qeydiyyatına alınıb. Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib. 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə televiziya informasiya proqramı yayımına başlayıb.

2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal açılıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.

Kanal 2016-cı ilin 4 yanvar tarixindən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır, 2022-ci ilin 28 yanvarından isə “Azerspace-1” peykində HD yayım formatına keçib.

Kollektivimiz adından ATV-də çalışan həmkarlarımızı təbrik edirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR