"Milan"ın əfsanəsi türk klubuna gəlir

Məşqçi axtarışlarını davam etdirən “Beşiktaş” Filippo İnzaqi üçün təklif irəli sürüb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, siyahısında çoxlu əcnəbi məşqçisi olan “Beşiktaş”, bir çox namizədlə danışıqlara başlayıb. “BeIN SPORTS”un məlumatına görə, siyahısında Fabio Kannavaronun yer aldığı “Beşiktaş” Filippo İnzaqini ön plana çıxarıb. Hazırda “Salernitana”nı çalışdıran Filippo İnzaqinin İtaliya komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Filippo İnzaqinin baş məşqçisi olduğu "Salernitana" 17-ci həftədən sonra A Seriyasının sonuncu pilləsində qərarlaşıb.

Filippo İnzaqi “Salernitana” ilə 10 oyun keçirib və 2 qələbə, 5 məğlubiyyət və 3 heç-heçə əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı