Bakıda qız atasını bıçaqladı

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarınının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR