Qəzzada İsrail ordusu itkilər verdi

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağında İsrail ordusuna qarşı müqavimət fəaliyyətləri ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağının şimalında İsrail əsgərlərinə qarşı hücumda 40 əsgərin öldüyünü və yaralandığını açıqlayıb. Açıqlamada Cibaliya əl-Beled bölgəsindəki bir evdə 40 İsrail əsgərinə hücum edildiyi, binanın raketlərlə hədəf alındığı və bütün İsrail əsgərlərinin ölü və ya yaralı olaraq zərərsizləşdirildiyi ifadə edilib.

Hadisə ilə bağlı İsrail ordusundan hələlik açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR