Paytaxtda qəlyan mağazası belə "soyuldu" - ANBAAN VİDEO

Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində "Sahil" metorsunun yaxınlığındakı mağazada qeydə alınıb.

İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəliblər. Onlar özlərini elektron qəlyan alan kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 AZN olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.

Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Kadrları olduğu kimi təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR