Brilliant Dadaşova televiziya sədri olmaq istəyir

Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqəti özünə yönəldib.

Metbuat.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “El canlı” şousunda Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istədiyini bildirib.

“Gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa-olsun, televiziya açılmasını istəyirəm. Məni ora sədr təyin etsinlər. Səni, Elcan Rəsulov, özümlə aparacağam. Ora yaşamağa gedirəm. Çünki artıq Bakıda tərpənmək mümkün deyil. Gedirəm və sizi də orada gözləyirəm. Gələrsiniz... Gedərik, orada təmiz hava udarıq və yeməklər yeyərik. Özü də tıxacsız... Ay Allah, bu, tıxacsız mümkündürmü?!” - deyə Brilliant vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR