Belqradda müxalifətin etiraz aksiyaları davam edir

Serbiyada parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət partiyalarının paytaxt Belqradda keçirdiyi etiraz aksiyaları davam edir.

Metbuat.az xəbər verir ki, müxalifət partiyalarının çağırışı ilə yüzlərlə insan növbəti dəfə Belqradda Dövlət Seçki Komissiyasının binası qarşısına toplaşıb. Daha sonra Ədliyyə Sarayının binasına gedən etirazçılar bundan əvvəl Belqrad parlamentinin binasına girməyə cəhd edərkən saxlanılan etirazçıları azad etməyə çağırıb. Müxalifət Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikasından yüzlərlə insanın səs vermək üçün avtobuslarla Belqrada gətirildiyini və bunun aradan qaldırılması üçün seçkinin ləğvini tələb etdiklərini bir daha bəyan edib.

Bəyanatdan sonra Belqradda keçirilən etiraz aksiyası başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR