Bakıda Hilton hoteldə yanğın olub? - FHN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, teleqram kanallarında Bakıda Hilton hotelində yanğın baş verməsi ilə bağlı görüntülər yayılıb.

Metbuat.az görüntülərlə bağlı FHN-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Bildirildi ki, görüntülər həqiqəti əks etdirmir:

"Hilton hoteldə yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olmayıb. Yayılmış videogörüntü ilə bağlı araşdırma aparılıb, heç bir yanğın hadisəsi qeydə alınmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR