Mourinyo bu türk futbolçunu istəyir

"Roma" klubu “Əl-Əhli”nin futbolçusu Merih Demiralı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, Joze Mourinyo müdafiənin mərkəzini gücləndirmək üçün Merih Demiralın alınamsı üçün təlimat verib. İtaliya mətbuatında yer alan xəbərə görə, Mourinyonun başqa seçimləri olsa da, Merih Demiral əvvəllər İtaliya A Seriyasında oynadığına görə, klub onun “Roma”da uğurlu oyun sərgiləyə biləcəyini hesab edir. Qeyd olunub ki, Merih "Atalanta"dan "Əhli"yə keçməzdən əvvəl də Joze Mourinyo onu transfer etməyə çalışıb. Merih Demiralın İtaliya A Seriyasına qayıtmağa razılıq verdiyi irəli sürülür.

25 yaşlı Merih Demiralı daha əvvəl İtaliya A Seriyasında "Sassuolo", "Yuventus" və "Atalanta"da çıxış edib. Merih Demiral ötən yay transfer dövründə “Atalanta”dan “Ah-Ahli”yə transfer olunub. Türk futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR