Səs-küylü transfer açıqlandı - Ulduz futbolçu bu kluba gedir

“Mançester Siti”nin futbolçusu Kevin De Bruyne klubdan ayrılır.

Metbuat.az xəbər verir ki, zədəsi səbəbindən meydanlardan uzaq qalan və ayrılması gündəmdə olan futbolçu fantastik təklif alıb. İddialara görə, belçikalı ulduz futbolçu Səudiyyə Ərəbistanına getməyə hazırlaşır. İngiltərə mətbuatında yer alan xəbərə görə, Kevin De Bruyne “Əl-Nəssr"lə danışıqlar aparıb. Bildirilir ki, danışıqlar uğurlu alınıb və futbolçu ərəb klubuna razılıq verib. Ərəb komandasının bu transfer üçün “Mançester Siti”yə böyük transfer haqqı ödəyəcəyi bildirilir.

Qeyd edək ki, 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer olunan Kevin De Bruyne "Mançester Siti"dəki uğurlu çıxışı ilə adını klub tarixinə yazdırıb. Kevin De Bruyne zədəsi səbəbindən bu mövsüm oynaya bilmədiyi "Mançester Siti"nin heyətində ötən mövsüm 49 oyuna çıxıb və bu matçların 43-də start 11-də yer alıb. Meydanda cəmi 3684 dəqiqə keçirən 32 yaşlı belçikalı ulduz 10 qol və 31 məhsuldar ötürməyə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR