“Qarabağ” - “Zirə” oyununun vaxtı müəyyənləşdi

“Zirə”nin qış təlim-məşq toplanışında “Qarabağ”la keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Metbuat.az xəbər verir ki, komanda 2024-cü il yanvarın 15-də Ağdam təmsilçisi ilə üz-üzə gələcək.

Mövsümün ikinci yarısına hazırlığı Bakıda keçəcək “Zirə” yanvarın 3-də bir araya gələcək. Baş məşqçi Rəşad Sadıqov ayın 10-da isə “Araz-Naxçıvan”la matçda yetirmələrini sınaqdan keçirəcək.

Qeyd edək ki, “Zirə” Premyer Liqanın XIX turunda “Səbail”lə qarşılaşacaq. İkinci yarının matçları yanvarın 21-23-nə planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR