Yalçın Adıgözəlov yüksək vəzifəyə təyin edildi

Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.

Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984–1989-cu illərdə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb. 1990-1992 illərdə Vyana Musiqi Akademiyasınln aspiranturasın bitirib,

1989-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991 – 1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Dirijorluq kafedrasının professorudur.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007 -ci ildə “Əməkdar incəsənət xadimi” , 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR