Çalhanoğlu 72 milyonluq təklifi qəbul etmədi

“İnter”in futbolçusu Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı türk yarımmüdafiəçi “Əl Hilal”ın təklifini qəbul etməyib.

Oyunçuya 4 illik müqavilə üçün 72 milyon avro maaş təklif edilib.

Qeyd edək ki, H. Çalhanoğlu cari mövsümdə 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR