Superkubok matçı öncəsi "Qalatasaray" və "Fənərbaxça"ya şok qadağa

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu axşam oynanılacaq "Qalatasaray" - "Fənərbaxça" Türkiyə Superkubok matçı öncəsi gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, yerli hökumət oyunda Atatürklə bağlı plakatın açılmasına qarşı çıxıb. Stadiona Atatürk pankartlarının və köynəklərinin buraxılmayacağı barədə xəbərlər dərc edilib. Səudiyyə rəhbərliyinin Mustafa Kamal Atatürkün “Yurtda sülh, dünyada sülh” sözləri yazılmış pankartla matçın keçirilməsinə icazə vermədiyi və hər iki klubun vəziyyətdən narahat olduğu qeyd edilib. Bildirilib ki, qadağa qoyan Səudiyyə hökuməti rəsmiləri birbaşa Kralın adından danışaraq hər iki klub üçün həm Atatürklə bağlı köynəkləri, həm də bannerləri qadağan edib.Məsələ ilə bağlı danışıqlar davam edir.

Türkiyə himninin oxunmasına icazə verilməməsi ilə bağlı iddiaların isə həqiqətə uyğun olmadığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR