Prezident İlham Əliyev Fərman imzaladı

Qiymətləndiricilərin ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində:

- ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 3 nəfər və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR