Bakıda vəkil faciəvi şəkildə öldü - FOTO

“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.

Metbuat.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib:

“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

Vəkillər Kollegiyasının sədri Zaur Məmmədovun mərhumun yaxınlarına başsağlığı verib.

20:13

Vəkil Zaur Məmmədov intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR