Goranboyda maşın aşdı - Yaralananlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Nəsibov Allahverdi və 2006-cı il təvəllüdlü Yolçuyev İbrahim müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR