Məhşur futbolçu “Qalatasaray”dan ayrılır - FOTO

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ulduz futbolçunun meneceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib:

“Ziyeşin “Qalatasaray” macərası yaxşı başladı, amma yaxşı davam etmədi. Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar” - deyə o qeyd edib.

Qeyd edək ki, “Qalatasaray” Hakim Ziyeşi ötən ilin avqust ayında “Çelsi”dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR