"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxardı

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsinin orbital artırmaq üçün 21 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.

“21 “Starlink” peykinin çıxarılması təsdiqlənib”, - məlumatda bildirilib.

Qeyd edilib ki, raketin buraxılışı ötən gün Sakit Okean vaxtı ilə 19:44-də Kaliforniya ştatında yerləşən Vandenberq ABŞ Kosmik Qüvvələrinin bazasındakı SLC-4E meydançasından həyata keçirilib. Təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.

“SpaceX” artıq orbitə 5,6 mindən çox belə peyk çıxarıb, onlardan bəziləri uğursuz olub. Hazırda istifadədə olan internet peyklərinin sayı 5,2 mindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR