"Əxlaqımı pozursan" - Səidə məşhur aparıcıdan buna görə küsüb - FOTO

Müğənni Səidə Sultan bir vaxtlar yaxın dost olduğu aparıcı Çinarə Əliyeva ilə küsmə səbəblərini açıqlayıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu haqda “Xəbərin var?” verilişində danışan Səidə aparıcının onu toyuna belə çağırmadığını deyib:

"Çinarənin toyu oldu. Nə o məni, nə mən onu toyuma dəvət etdim. Çinarənin xətrini dünyalar qədər istəmişəm. İnciklik mən tərəfdən olmayıb. Günlərin bir günü Çinarə yazdı ki, sən mənim əxlaqımı pozursan. Səndən ayrılıram. Mən də cavab verdim ki, yolun açıq olsun. Bu da Çinarənin özünün yanaşmasıdır (gülür). İnsanlar var ki, silib atmağı asanlıqla bacarır. O da elə insanlardandır. Birdən-birə təki ona yaxşı olsun deyə, yaxınını silib, ata bilir. O, ona qadirdir. Dost və insan olaraq bilirəm ki, Çinarəyə heç zaman pisliyim dəyməyib. Qələt edərəm. Öz dostuma niyə pislik edim? Bu alçaqlıq olar.

Çinarəni mən tanıyanda “o tərəfdən bu tərəfə” qaçan qız idi. Onun belə işi, sənəti də yox idi ki. Sadəcə mənim ayağım ruzuli və düşərlidir. Özümə söz vermişəm ki, bir də həyatımda heç kimi populyar etməyəcəyəm. Heç zaman da eləmərəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR