Müğənni Vüqar Yusubov vəfat etdi

90-cı illərin məşhur "Təbriz" estrada qrupunun rəhbəri, müğənni Vüqar Yusubov vəfat edib.

Metbuat.az Azpost.info-ya istinadla bildirir ki, bu barədə yazıçı Şəhriyar Del Gerani məlumat verib.

Vüqar Yusubov 80-ci illərin sonunda azərbaycanlı milyoner Cənnət Əliyevin Rusiyada yaratdığı "Təbriz" qrupunun başçısı olub. Qrupun ifa etdiyi "Təbriz" mahnısı öz dövrünün hit mahnısı idi.

Vüqar Yusubov daha sonra fəaliyyətini Azərbaycanda davam etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR