İranda partlayış baş verib

İranın cənubundakı Şiraz şəhəri yaxınlığında partlayış baş verib.

Metbuat.az xəbər verir ki, İranın böhran vəziyyətlərində idarəetmə mərkəzinin rəisi Qulamreza Qulami Şirazda baş verən partlayışı təsdiqləyib.

"Partlayışın səbəbi məlum deyil, lakin Şiraz hava limanının məlumatına görə, bölgədə heç bir sərnişin təyyarəsi və ya helikopter qəzası qeydə alınmayıb. Partlayışla bağlı araşdırma aparılır", - deyə Qulami bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR