Mbappe qərarını verib, bu kluba keçir

PSJ-nin futbolçusu Kilian Mbappe karyerası ilə bağlı qərarını Çempionlar Liqasının 1/8 final mərhələsi başlamazdan əvvəl verəcək.

Metbuat.az xəbər verir ki, Mbappe hələlik bu barədə qəti mövqe ortaya qoymayıb. İspaniyanın “Diario Sport” nəşrinin məlumatına görə, Mbappenin müqaviləsi mövsümün sonunda başa çatacağına görə, o artıq başqa klublarla danışıqlar apara bilər. Bəzi xarici KİV-lər yazır ki, Mbappe artıq qərarını verib və o “Real Madrid”ə transfer olacaq. Bildirilir ki, buna görə də “Real” başqa hücumçu transferi ilə bağlı maraqlanmır.

İddia edilir ki, Mbappe “Real”a rədd cavabını versəydi “Real” başqa hücumçularla danışıqlar aparardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR