Aygün Bəylərlə vida mərasimi keçirilir - FOTO

Əməkdar artist Aygün Hümbətova (Bəylər) ilə vida mərasimi başlayıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilir.

Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşır.

Əməkdar artist Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR