Bakının bu gölü cəlbedici mərkəzə çevriləcək

Böyükşor gölünü Bakı şəhərinin yeni cəlbedici mərkəzi kimi inkişaf etdirmək üçün adıçəkilən gölünün və Binəqədi və Balaxanı yaxınlığındakı sənaye ərazilərinin bərpası üzrə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi tələb olunur.

Metbuat.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunub ki, Böyükşor gölünün böyük şəhər parkı (təqribən 388,8 ha), yəni yaşayış, işləmək və istirahət etmək üçün özünəməxsus bənzərsiz ərazi kimi formalaşmasını təmin etmək üçün pilləli inkişaf yanaşması tətbiq edilməlidir. Gölün 300 - 500 m sanitar- mühafizə zonasında çevik həllərə icazə vermək üçün gölətrafı ərazilərin nəzarətli şəkildə inkişafına icazə verilə bilər.

Bundan başqa, baş planda qeyd olunub ki, Böyükşor gölünün bərpası planına gölə atılan sənaye mənşəli tullantı sularının və kanalizasiya sularının təmizlənməsi daxildir.

“Ehtimal olunur ki, bərpa prosesində kanalizasiya sisteminin ciddi dərəcədə yenidən qurulması, habelə gölün sahilində Bülbülə gölü ilə hidravlik əlaqəni təmin edəcək tullantı su təmizləyici qurğusunun quraşdırılması da tələb olunacaq”, - deyə qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR