5 uşaq himayədar ailələrə verilib - Agentlik

Sosial Xidmətlər Agentliyi ötən ildən tətbiqinə başlanan himayədar ailə qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verib.

Metbuat.az xəbər verir ki, valideyn qayğısından məhrum olmuş 5 qız uşağı üçün ümumilikdə 4 ailə “Himayədar ailə” olub.

Həmin ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:

- 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);

- 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);

- 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

Eyni zamanda, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR