Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İmtahanlar Azərbaycan Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.

Eyni zamanda, hərbi qulluqçular silahlanmada olan döyüş texnikasının ştat silahından və atıcı silahlardan təyin edilmiş hədəflərə müxtəlif məsafələrdən atəş açılması, eləcə də döyüş maşınlarının və avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqlarını yerinə yetirirlər.

Şəxsi heyətin döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR