Əfsanəvi futbolçu vəfat etdi

Futbol dünyasının əfsanəvi oyunçularından hesab edilən almaniyalı Frans Bekkenbauer 78 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.

Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.

Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi kimi "Qızıl top"u qazanan yeganə oyunçudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR