Bir milyonluq askiya (VİDEO)

Bir milyonluq askiya (VİDEO)
17:26 19 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanın paytaxtı Qroznıda on minlərlə insan “Charlie Hebdo” jurnalının Məhəmməd Peyğəmbərin karikaturasını dərc etməsinə etiraz olaraq “Məhəmməd Peyğəmbərə sevgi” şüarı altında aksiya keçirir.

ANS TV-nin məlumatına görə, yerli vaxtla səhər saat 10-da başlayan nümayişə axışanların sayı hər saat artır. Günün sonunadək aksiya iştirakçılarının sayının 1 milyonu ötəcəyi gözlənilir.

Aksiyada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinin rəhbərliyi ilə nümayəndə heyətinin də iştirak etdiyi bildirilir. Nümayişçilər əllərində “Məhəmməd Peyğəmbərdən əl çəkin”, “İslam-sülh və xeyir dinidir” sözləri yazılmış plakatlar tuturlar. Nümayişə çıxanların bir qismi Əhməthacı Kadirov Məscidinə doğru yürüş edib, bir qismi isə əllərində “biz Məhəmməd Peyğəmbəri sevirik” yazılmış şarlar tutub.

Daha əvvəl də Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bəyan etmişdi ki, “Charlie Hebdo” jurnalının və digər nəşrlərin 1,5 milyard müsəlmanın dini hisslərini təhqir etməsini dəstəkləyən hər kəsi şəxsi düşməni hesab edir.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR