Eksternat imtahanlarının nəticələri bəlli oldu

Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb. Onlardan 385 nəfər müsbət nəticə əldə edib.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 102 nəfər, tam orta təhsil səviyyəsi üzrə 283 nəfər uğur qazanıb.

Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR