Bakıda 9-cu və 11-ci sinif şagirdləri üçün iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Bakıda 9-cu və 11-ci sinif şagirdləri üçün iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
12:28 5 İyun 2015
3825 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 5 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)iyunun 2-də Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçünmərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, həmin gün, eyni zamanda, Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər.
Bu imtahanların nəticələri iyunun 4-də saat 16:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
9-cu sinif
Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyənləşdirilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.   
 
 IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili 

(Azərbaycan bölməsi)

Ana dili 

(rus bölməsi)

Riyaziyyat

0-7 

0-7 

0-7 

8-16 

8-16 

8-16 

17-23 

17-23 

17-22 

24-30 

24-30 

23-30 
 
İyunun 2-də ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının nəticələrinə dair statistik məlumat

Qiymət

Ana dili

Riyaziyyat

sayı

faizi

sayı

faizi

[ 2 ]

4221

13.58

4385

14.11

[ 3 ]

12646

40.69

12975

41.75

[ 4 ]

8361

26.90

7967

25.63

[ 5 ]

5853

18.83

5754

18.51

Cəmi

31081

100.00

31081

100.00
Azərbaycan bölməsi üzrə

Qiymət

Ana dili

Riyaziyyat

sayı

faizi

sayı

faizi

[ 2 ]

3921

14.91

4073

15.49

[ 3 ]

10766

40.94

11174

42.49

[ 4 ]

6613

25.15

6397

24.33

[ 5 ]

4996

19.00

4652

17.69

Cəmi

26296

100.00

26296

100.00
Rus bölməsi üzrə

Qiymət

Ana dili

Riyaziyyat

sayı

faizi

sayı

faizi

 2

300

6.27

312

6.52

 3

1880

39.29

1801

37.64

 4

1748

36.53

1570

32.81

 5

857

17.91

1102

23.03

Cəmi

4785

100.00

4785

100.00
 
Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 44.15 faizi, riyaziyyat fənni üzrə isə  42.02 faizi  “4” və “5” qiyməti alıb.    
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56 faizi ana dili fənni üzrə, 44.16 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44 faizi,  riyaziyyat fənni üzrə isə  55.84 faizi “4” və “5” qiyməti alıb. 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
 11-ci sinif
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili,  riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyənləşdirilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib. 
        2015-ci ildə ilk dəfə olaraq XI sinif şagirdləri buraxılış imtahanlarında xarici dil fənni üzrə  (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) imtahan veriblər. İştirakçılardan  23534 nəfəri xarici dil fənni kimi ingilis, 363 nəfər rus, 108 nəfər fransız, 69 nəfər alman, 8 nəfər ərəb dilindən,  12 nəfər isə kimya  üzrə imtahan verib. 
        Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayanməktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili  

(Azərbaycan böləsi)

Ana dili  

(rus bölməsi)

Riyaziyyat

Xarici dil/Kimya

Tam orta

2

0-7

0-7

0-7

0-5

3

8-17

8-17

8-16

6-15

4

18-25

18-25

17-24

16-24

5

26-30

26-30

25-30

25-30
İyunun 2-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanının nəticələrinə dair statistik məlumat

Qiymət

Ana dili

Riyaziyyat

İngilis dili

fran d  alman d

Ərəb d     Rus d

kimya

 

sayı

faizi

sayı

faizi

sayı

faizi

faizi

faizi

faizi

faizi

faizi

  2

1899

7.88

1650

6.85

1340

5.69

27.78

11.59

12.50

24.52

16.67

3

8741

36.28

6543

27.16

7980

33.91

55.56

44.93

25.00

50.96

58.33

 4

8523

35.37

9349

38.80

7106

30.19

12.96

24.64

50.00

19.01

25.00

 5

4931

20.47

6552

27.19

7108

30.20

3.70

18.84

12.50

5.51

0.00

Cəmi

24094

100.00

24094

100.00

23534

100.00

100.00

100.00

100.00

100.00

100.00
 
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67 faizi ana dili fənni üzrə, 35.39 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.32 faizi, riyaziyyat fənni üzrə isə  64.62 faizi “4” və “5” qiyməti alıb.  
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85 faizi ana dili fənni üzrə, 27.32 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15 faizi,  riyaziyyat fənni üzrə isə  72.68  faizi “4” və “5” qiyməti alıb. 165  nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~6cT7w


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_9_cu_ve_11_ci_sinif_sagirdleri_uchun_iyunun_2_de_kechirilmis_buraxilis_imtahanlarinin_neticeleri_achiqlanib-861021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR