Acun Ilıcalı tanınmış futbolçunu transfer edir

İngiltərənin "Hall Siti” klubu Premyer Liqanın ulduzunu heyətinə qatmaq üzrədir.

Metbuat.az xəbər verir ki, klubun sahibi Acun Ilıcalı "Liverpul"un yarımmüdafiəçisi Fabio Karvalyonun transferini tamamlamaq üzrə olduğunu ifadə edib. Portuqaliyalı ulduzun hazırkı transfer dəyəri 20 milyon avrodur. Acun Ilıcalı mövzu ilə bağlı açıqlamasında bunları deyib:

"Biz Fabio Karvalyo üçün çox böyük klublarla yarışırıq, lakin biz həm də “Hall Sitiyik””. Unutmayın ki, Jaden Philogene 10 klub arasında bizi seçdi. Fabio Karvalyo çox xüsusi oyunçudur və mən onu “Hall Siti”yə gəlməsini istətirəm. Biz bunu çox istəyirik, amma hər vacib transferdə olduğu kimi, Premyer Liqa klubları və bir çox Çempionat klubları onu transfer etmək üçün bizim rəqibimizdir”.

Qeyd edək ki, Fabio Karvalyo mövsümün ilk yarısını icarə əsasında “Leypzig” oynayıb. "Liverpul" 21 yaşlı futbolçunu Almaniya komandasında çox oyun keçirmədiyi üçün geri çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR