Türk futbolçuya fantastik təklif - "Real" pusquda dayanıb

Türkiyə millisində və “Yuventus”da çıxışı ilə diqqət çəkən gənc hücumçu Kənan Yıldız üçün Avropa klubları sıraya düzülüb.

Metbuat.az xəbər verir ki, xüsusilə İngiltərə klubları türk hücumçu üçün fantastik təkliflər hazırlayıb. İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Arsenal” Kənan Yıldızı transfer etmək üçün hərəkətə keçib. “Arsenal”ın baş məşqçisi Mikel Artetanın Kənanın transferi üçün rəhbərliyə təlimat verdiyi qeyd edilib. Bundan əvvəl "Real Madrid" klubunun da Kenan Yıldız üçün təklif irəli sürdüyü iddia edilib.

Qeyd edək ki, bu mövsüm "Yuventus"un əsas komandasına yüksələn Kənan Yıldız A Seriyasında 8 matçda 1 qol vurub. Bundan əlavə, 18 yaşlı forvard İtaliya kubokunda da bir qol qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR