Ardanın bərəkəti - "Real"a qazandırmağa başladı

"Real Madrid"lə ilk matçına çıxan Arda Gülər meydanda göstərdiyi performansla məşqçiləri məmnun edib.

Metbuat.az xəbər verir ki, Arda Güler meydandan kənarda da “Real Madrid”ə pul qazandırmağa başlayıb. “Defensa Central”ın xəbərinə görə, Ardanın “Real”ın heyətində ilk dəfə çıxdığı kubok oyunundan sonra türkiyəli futbolçunun formasına tələbat artıb. Bildirilib ki, Ardanın formaları üçün ən çox Türkiyədən alışlar edilib. Bu sürpriz tələb “Real Madrid” tərəfindən məmnunluqla qarşılanıb. Xəbərdə Arda Gülerin Türkiyədə çox sevildiyi və izlənildiyi qeyd edilərək bildirilib ki, Arda Güler sayəsində türklər arasında “Real Madrid”ə azarkeşlik edənləri sayı arta bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR