“Real”a gedəcəyi deyilən Haalandan sürpriz qərar - Əzəli rəqibi seçdi

"Mançester Siti"nin futbolçusu Erlinq Halannın klubu tərk edəcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, onun “Barselona”ya transferi gündəmə gəlib. Jurnalist Fransua Qalardonun iddiasına görə, mövsümün sonunda Haaland 100 milyon avroya “Barselona”ya transfer olacaq. İddia edilir ki, Kilian Mbappe “Real Madrid”ə transfer olduğuna görə, Haaland bu kluba transfer olmaqdan imtina edib. Bildirilir ki, Haaland şəxsi titullara görə Mbappe ilə eyni klubda oynamaq istəmir. Kilian Mbappenin “Real Madrid”lə razılığa gəldiyi və müqavilə imzalamaq üzrə olduğu bildirilib.

Erlinq Haalandın müqaviləsindəki bənd səbəbiylə “Barselona”nın mövsümün sonunda onu transfer edə biləcəyi bildirilib. Erlinq Haaland Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olduğu zaman müqaviləsinə fərqli azad etmə maddələrini qeyd edib. Qeyd olunub ki, Premyer Liqada çıxış edən komandalar üçün onun sərbəst qalma məbləği 200 milyon avroya yaxın olsa da, digər liqalardakı komandalar üçün isə bu məbləğ daha aşağıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR