Qafanda Rusiya Baş konsulluğunun açılması məsələsi bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Sergey Çaşixin ilə mer Qevork Parsyan arasında keçirilən görüşdə müzakirə olunub.

Metbuat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər mədəni-humanitar və ticari-iqtisadi sahələrdə tərəfdaşlığı müzakirə ediblər.

Qeyd edilib ki, Rusiya şəhərləri ilə sıx əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.