Bakıda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının tədbiri keçiriləcək

Bu il oktyabrın 3-5-də Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) konqresi keçiriləcək.

Maliyyə Nazirliyindən Metbuat.az-a bildirilib ki, "Bakı Konqres Mərkəzi" MMC Banqkokda keçirilən 62-ci Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası Konqresində namizədliyini irəli sürdüyü “ICCA Venue Business Workshop International 2024”ün qalibi olub. Beləliklə, "Bakı Konqres Mərkəzi" Assosiasiyanın müxtəlif ölkələrdən olan 15-ə yaxın üzvünü və onların müştərilərini bir araya gətirəcək beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.

ICCA 100-ə yaxın ölkə və regionda 1100-dən çox üzvü ilə beynəlxalq görüşlər və tədbirlərin idarə edilməsi və keçirilməsində aparıcı çətir təşkilatlarından biridir. Assosiasiya üzvləri arasında əməkdaşlığı və ünsiyyəti artırmaqla şəbəkələşmə, bilik mübadiləsi və biznesin inkişafı üçün əvəzolunmaz bir platforma rolu oynayır.

Assosiasiyanın təşkil etdiyi “ICCA Venue Business Workshop International” dünyanın hər yerindən peşəkarları, qərar qəbul etməkdə həlledici rolu olan şəxsləri və düşüncə liderlərini bir araya gətirən qlobal görüşlər sahəsində əlamətdar tədbirdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR