Əl-Şəbab BMT helikopterini ələ keçirdi

Birləşmiş Millətlər Təşkilatının helikopteri Somalidə təcili eniş etdikdən sonra terror təşkilatı Əl-Şəbab üzvləri tərəfindən ələ keçirilib.

Metbuat.az xəbər verir ki, helikopter Somalinin Qalmuduq əyalətinə təcili eniş etməli olub. Dövlətin təhlükəsizlik naziri Mohamed Abdi Adan ştatın Hindhere bölgəsinə enən helikopterdə 9 nəfərin olduğunu bildirib. Adan, bu şəxslər arasında yardım işçiləri, hərbçilər, müqaviləli işçilər və əcnəbilərin olduğunu qeyd edib. BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, girvoların xilasedilməsi üçün işlər davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR