6,3 bal gücündə zəlzələ - Bir neçə ölkə silkələndi

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, təkanlar Pakistanın bir sıra bölgələrində, həmçinin İslamabad, Pişəvər və Lahorda da hiss edilib.

Yeraltı təkanlar Pəncab, Xeybər Paxtunxva və Azad Cammu və Kəşmirin (AJK) bir sıra bölgələrində də hiss olunub.

Dərinliyi 213 km olan zəlzələnin episentri Hinduquş bölgəsidir. Yəkanlar eyni zamanda Özbəkistan, Qazaxıstan və Hindistanda da hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR