Həsən Məcidov küçəsinin bir hissəsində təmir işləri başa çatdı

Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri yekunlaşıb.

Metbuat.az xəbər verir ki, sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.

Təmir çərçivəsində küçə boyu 360 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Bu işlərə paralel olaraq küçə boyu yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib. Küçə son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq istifadəyə verilib.

Yaxın günlərdə küçədə piyada zolaqlarının və istiqamətverici oxların çəkilməsi işləri də icra olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR