Balotelliyə təklif göndərən Azərbaycan klubu hansıdır?

Azərbaycan klubu Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən İtaliya millisinin sabiq futbolçusu Mario c təklif göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə futbolçunun agenti Enzo Royala açıqlama verib. Royala Balotellinin transferi ilə bağlı müxtəlif ölkələrdən təklif aldıqlarını bildirib.

"Mənim üçün onu İtaliyada görmək xoş olardı. Amma İtaliyadan təklif yoxdur. Mənə çoxları zəng edir. Balotelli İtaliyaya qayıtmaq istəyir. Bu, onun arzusudur. Mənə İsraildən, Azərbaycandan, Argentinadan, Braziliyadan, Çindən, hər yerdən zəng gəlir" - deyə o bildirib.

Enzo Royala Balotelliyə təklif göndərən klubların adları barədə açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR