"Çox dərindən tanımırdım..." - Röya Ayxan Aygün Bəylərdən DANIŞDI

"Onu çox dərindən tanımırdım. Bu mövzuda çox danışmaq istəmirəm".

Metbuat.az bildirir ki, bunu müğənni Röya Ayxan yaxın günlərdə vəfat edən Aygün Bəylər haqqında Xəzər Tv-yə danışarkən deyib. Xalq artisti qeyd edib ki, Aygün Bəylər onun xətrinə dəydiyi üçün ondan küsmüşdü:

“Amma bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var. Sabah nə olacağını bilmək olmaz. Ona görə nə könül qıraq, nə də kiminsə pis enerjisini içimizdə daşıyaq. Mən çox istəyərdim ki, o çox yaşasın. Çünki onun balası var”.

Qeyd edək ki, bir neçə il öncə Aygün Bəylər efirdə Röya Ayxan haqqında xoşagəlməz, tənqidi fikirlər səsləndirmiş, bundan sonra Röya Ayxan onu məhkəməyə vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR