Mbappe “Liverpul”la bağlı PSJ-yə söz verib - Planlar dəyişdi

PSJ-nin futbolçusu Kilian Mbappe futbol karyerası ilə bağlı qərarını açıqlamazdan əvvəl klub prezidenti Nasser Al-Khelaifiyə məlumat verəcək.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında bu barədə danışıq olub. Məlumata görə, adı “Liverpul” və “Real Madrid”lə hallanan Mbappe PSJ-də qalarsa 80-100 milyon avro arası sadiqlik bonusu alacaq. Qeyd edək ki, Kilian Mbappenin "Real Madrid"lə razılığa gəldiyi və tərəflərin müqavilə imzalamaq üzrə olduğu barədə xəbərlər dərc edilmişdi. Mbappenin yaxınları isə xəbərləri təkzib ediblər.

Həmçinin PSJ futbol klubunun prezidenti Nasser Əl-Xelayfi Kilian Mbappe ilə cari mövsümün sonunda müqavilə müddətini uzatmaq barədə razılığa gəldiyini bildirib. O razılaşmanın detalları barədə danışmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR